Dünya tennisində də fırıldaqlar aşkar edilib

tennisBBC və BuzzFeed News, dünya tennisinin yüksək səviyyədə əvvəlcədən razılaşdırılmış oyun keçirməsini sübut edən gizli sənədlər əldə edib.

Son 10 il ərzində tennis oyunlarının etik standartlarına nəzarət edən şöbəyə (Tennis Integrity Unit – TIU) müxtəlif dövrlərdə top 50-yə daxil olan oyunçuların əvvəlcədən razılaşdırılmış yarışlara qatılması haqqında xəbərdarlıqlar alıblar.

“Böyük Dəbilqə” titulu sahibləri də daxil olmaqla bütün oyunçulara mübarizəni davam etdirməyə icazə verilib.

TIU bəyan edib ki, onlar mərc oyunlarıyla əlaqəli olan korrupsiya ilə barışmaz mövqedədirlər.

BBC və BuzzFeed News əldə etdiyi gizli sənədlər arasında Tennis üzrə Mütəxəssislər Assosiasiyasının (ATP) 2007-ci ildə apardığı araşdırmalarının nəticələri də var.

Həmin sənədlərdə Nikolay Davıdenko və Martin Vassallo Arguello arasında keçirilən oyunda bukmekerlərin fəaliyyəti araşdırılıb.

Araşdırma zamanı belə qənaətə gəlinib ki, oyunçuların heç biri oyun qaydalarını pozmayıb, amma istintaq araşdırmanı daha da genişləndirərək yüksək səviyyəli tennisçilərlə totalizator oyunçuları arasındakı əlaqəni tədqiq edib.

BBC-nin əldə etdiyi sənədlər göstərir ki, araşdırmaçılar Rusiya, şimali İtaliya və Siciliyada keçirilən oyunlarda totalizatorlar vasitəsilə oyunlara pul qoyaraq yüz minlərlə funt sterlinq qazanıldığını güman edirlər. Bu oyunların üçü Wimbledon-da keçirilib.

2008-ci ildə tennis orqanları üçün hazırlanan məxfi hesabatda bildirilir ki, tədqiqat qrupu yarışlarda iştirak edən 28 oyunçunun bu tip oyunlara qatıldığını göstərib, lakin bununla bağlı heç bir tədbir görülməyib. 2009-cu ildə ATP korrupsiyaya qarşı yeni qanun qəbul edib ki, vəkillər buna əsasən, əvvəlki korrupsiya cinayətləri barədə hər hansı işi həyata keçirə bilməz.

“Nəticə olaraq 2008-ci il hesabatında adı çəkilən oyunçuların heç birinə qarşı yeni cinayət işi açılmadı”, TİU mətbuat katibi bildirib.

Sonrakı illərdə bu oyunçuların təxminən üçdə bir hissəsi haqqında TİU-ya dəfələrlə xəbərdarlıq edilib. Lakin onların heç biri TİU tərəfindən cəzalandırılmayıb.

Adlarının çəkilməsini istəməyən tennis sahəsində olan və bu vəziyyətdən narazı qalan qrup, bu yaxınlarda BBC və BuzzFeed News-a sənədlər təqdim edib. BBC 2007-ci ildə totalizator oyunlarını araşdıran komissiyanın tərkibinə daxil olan Mark Fillipslə əlaqə saxlayıb. O danışıb ki, onlar araşdırma zamanı konkret bir qrup idmançının keçirdiyi yarışlarda şübhəli totalizator oyunlarının olduğunu aşkar ediblər.

“Biz inanırıq ki, orda problemin əsas kökündə duran və tez-tez qayda pozan 10 əsas oyunçu var idi”, Mark Fillips deyir.

Topladığı materialların son 20 il ərzində totalizatorluq sahəsində apardığı araşdırmalar arasında ən güclü olduğunu deyən Fillips bu haqda hələ heç vaxt açıq şəkildə danışmayıb.

“Sübutlar həqiqətən güclü idi. Bütün bunlar həmin qayda pozanları yaxşı əzmək və onların qarşısını almaq üçün çox yaxşı şans idi”, o deyir.

BBC və BuzzFeed News həmçinin totalizatorların, etika üzrə idman komitələri və peşəkar mərc oyunçularının dəfələrlə TİU-ya göndərdiyi şikayətlərdə adlarını çəkdiyi oyunçuların siyahısını da əldə edib.

Bu oyunçuların iştirakı ilə keçirilən bir çox şübhəli tennis oyunları hələ 2003-cü ildə qeydə alınıb.

BBC və BuzzFeed News həmin tennisçilərin şəxsən razılaşdırılmış oyunlarda iştirakını təsdiq etmək üçün onların nə telefon, nə bank və kompüter yazılarına çıxışı olduğuna görə oyunçuların adlarını açıqlamamağı qərara alır.

Lakin TİU bütün bu sübutları istənilən tennis oyunçusundan tələb etmək kimi müstəsna hüquqa malikdir.

“Əslində burda sirri öz yuvasından kənara çıxarmamaq elementi var”, tennis oyunlarında razılaşdırılmış mərc oyunlarının keçirilməsi şübhələrini araşdıran qrupun rəhbəri, sabiq polis rəisi Benn Gunn deyir.

O, ilk dəfə açıq şəkildə onu narahat edən məqamlar haqqında danışıb.

“Əgər onlar bununla mübarizə aparmaq istəyində ciddi olsaydılar, onda onlara real hakimiyyəti olan, etik standartlara riayət olunması üzrə şöbə yaratmaq lazımdır”, – o bildirib.

Aparıcı bukmekerlərin monitorinqini aparan Avropa Idman Təhlükəsizlik Assosiasiyası (European Sports Security Association – ESSA) 2015-ci ildə 50-dən çox şübhəli oyun haqqında məlumat verib. ESSA bildirir ki, digər idman oyunlarından fərqli olaraq tennisdə bukmeker oyunları daha çox fəal olur.

TIU direktoru Nigel Willerton deyir ki, o, oyunların bukmekerlər tərəfindən dəstəklənməsini alqışlasa da, bukmeker şirkətləri onların korrupsiya fəaliyyəti barəsində mülahizə irəli sürmək səlahiyyətinə deyillər.

“TIU tərəfindən əldə edilən bütün etibarlı məlumatlar təhlil olunur, qiymətləndirilir və əvvəllər polisdə işləyən çox təcrübəli müstəntiqlər tərəfindən araşdırılır”, – Willerton əlavə edib.

Şübhəli mərc oyunları və əvvəlcədən razılaşdırlımış oyunların keçirilməsi problemi heç bir zaman bitməyəcək. Haqqında mütəmadi olaraq TİU-ya şikayətlər daxil olan 8 tennisçi yanvarın 18-də Avstraliyada başlanan Açıq Çempionatda iştirak edəcək.