aliyev-munich

Dəhşətli bahalaşmaya 10 faizlik kompensasiya

aliyev-munich

İlham Əliyevin pensiyaların artırılması ilə bağlı qərarı bu cür qiymətləndirilir

Manatın dekabrın 21-də kəskin dəyər itirməsindən sonra ölkədə maliyyə böhranı dərinləşməyə başladı. Baş verənlərin fonunda əhalinin sosial-iqtisadi problemləri daha da qabardı. Baş verənləri nəzərə alaraq əhali hökumətdən situasiyaya uyğun qərarlar qəbul etməyi gözləyirdi. Azərbaycanda əmək pensiyaları artırıldı. Dövlət başçısı Ilham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Eyni zamanda Milli Qəhrəmanların və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin artırılaraq yenidən hesablanması qərara alınıb.

Bundan başqa, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət artırılıb.

Bəs, manatın iki devalvasiyasından sonra baş verən bu cüzi artım nə dərəcədə iqtisadi reallıqlara uyğundur?

Əli Kərimli: “Bu, xalqın ələ salınmasıdır”

ali-kerimli-tribuna

AXCP sədri Əli Kərimli facebook statusunda qeyd edib ki, bir ildə manat faktiki olaraq 137 faiz dəyərdən düşüb. Qiymətlər il ərzində (1-ci devalvasiyadan indiyə qədər) azı 50-70 faiz qalxıb: “Xalq da gözləyir ki, hökumət vədinə əməl edib, maaş və pensiyaları indeksasiya edəcək. Bu yolla xalqa dəyən zərər kompensasiya olunacaq. Sonda da məlum olur ki, bütün bu indeksasiya 10 manatdan ibarət olacaq. Bu, nəinki anti-böhran tədbiridir, tam əksinə, xalqın ələ salınmasıdır. Həqiqətən də, toxun acdan xəbəri olmazmış!”.

Nemət Əliyev: “Bu cür qərarlarla vəziyyətdən çıxmaq mümkün deyil”

nemet-eliyev1

Iqtisadçı Nemət Əliyev isə qəzetimizə açıqlamasında bildirdi ki, hökumət hazırkı gərgin zamanda olduqca bacarıqsız davranır. Hökumətin addımları ilə insanlarda ümidsizliyi daha da artırdığını deyən N.Əliyev vurğuladı ki, bir müddət əvvəl dövlət başçısı gömrüklə bağlı fərmanı da geri oxudu: “Əslində bu çox faydalı qərar sayılırdı. Hazırkı çətin zamanda daxili bazarda bolluq yarada bilərdi. Bu bolluq da nisbətən qiymətləri aşağı sala bilərdi. Amma bu fərmanın heç iki ay ömrü olmadı. Heç izah da olunmadı ki, dövlət başçısı nəyə görə bu fərmanı belə tezliklə geri oxudu. Geri oxunan daha bir qərar tütün və spirtli içkilərin kartla satışı ilə bağlı qərar idi. Bu fərmanın da ömrü qısa oldu. Dekabrın 21-də Mərkəzi Bank milli valyutanı 48 faiz dəyərdən salan qərar verdi. Məhz bu qərardan sonra ölkədə qiymətlər ildırım sürəti ilə qalxdı. Həmin vaxtı əmək pensiyası alan bir milyon 296 min nəfərin orta aylıq pensiya məbləği 176 manat idi. Bunu dollara çevirəndə bu, 167 dollar edirdi. Bu günə olan məzənnə ilə isə 176 manat 103 dollara düşüb. Faktiki olaraq hər bir pensiyaçının pulu 64 dollar azalıb. Indi dövlət başçısı sərəncam imzalayıb ki, fevralın 1-dən pensiyaların baza hissəsinə 10 manat əlavə olunsun. On manatı hazırkı məzənnə ilə hesablayanda altı dollar edir. Yəni bu sərəncam pensionerin itirdiyi 64 dolların altı dollarını kompensasiya edir. Bəs yerdə qalan 58 dolların aqibəti necə olacaq? Axı pensionerlərin sosial vəziyyətini qorumaq hökumətin bir nömrəli vəzifəsi olmalıdır”.

N.Əliyevin sözlərinə görə, bu cür qərarlarla vəziyyətdən çıxmaq mümkün deyil. “Əgər pensioner aldığı pul ilə tələbatını ödəyə, ən zəruri ərzaq mallarını ala bilmirsə, hökumət haqqında nə düşünməlidir. Elə addımlar atmaq lazımdır ki, insanların sabaha olan inamı ölməsin. Pensiyaların 10 manat artırılması əhalinin güzaranına müsbət təsir etməyəcək. Özü də bu qərar fevralın 1-dən sonra qüvvəyə minəcək. Ikinci devalvasiyadan sonra isə manat bir qədər də dəyərdən düşüb”, deyə N.Əliyev vurğuladı.

Rövşən Ağayev: “Aylıq xərc 50 manat artdığı halda hökumətin pensiyaları 10 manat artırması ”fövqəladə qayğının” nəticədir”

rovshan_agayev

Iqtisadçı Rövşən Ağayev də toxunduğumuz mövzu ilə bağlı sosial şəbəkədə status paylaşıb. R.Ağayev bildirib ki, 2016-cı ildə pensiyaçılar üçün yaşayış minimumu 115 manat təsdiqlənmişdi. R.Ağayevin sözlərinə görə, gərək hökumətimiz son qiymətlərin artımına nəzərə alıb rəsmi təsdiq elədiyi yaşayış minimumunun dəyərinə yenidən baxdıqdan sonra indeksasiya aparaydı: “Bilirsiniz bu addım niyə atılmadı? Çünki nə qədər qiymət artmının təsirini azaltsaydılar, məlum olacaqdı ki, həmin yaşayış minimumu azı 40-50 manat bahalanıb. Belədə təbliğatçılar ahıl insanlarımıza necə izah edəcəkdilər ki, sizin aylıq xərciniz qiymət bahalaşması nəticəsində, məsələn, 50 manat artdığı halda hökumətin pensiyaları 10 manat artırması fövqəladə qayğının nəticədir.ÿMəlumat üçün deyim ki, 1.3 miylon nəfərə yaxın pensiyaçının təxminən 1 milyon nəfəri əmək pensiyası alır. Qeyri-rəsmi məlumata görə, bu insanların da azı 70-75%-nin pensiyası 160-170 manatı ətrafındadı. Yaxın günlərdə isə hökumət baza pensiyasının üzərindəki həmin 60-70 manatı (sığorta hissəsini) 2015-ci ilin inflyasiyasına uyğun 2-3 manat artıracaq.ÿ

Bu da uğurlu sosial siyasət – yaşayış minimumu azı 50 manat bahalansın, sənin gəlirlərin 12-13 manat artsın…”

Xəyal