Astara rayonun Şahağacı kəndində aksiya iştirakçıları ilə rəsmilərin görüşü başlayıb.
Bu barədə Azadlıq Radiosuna kənd sakinləri məlumat veriblər. Onların deməsinə görə, hazırda kənd icra nümayəndəliyində aksiya iştirakçıları ilə görüş keçirilir:
«İndi aksiya iştirakçılarını şikayətini kəndə gələn Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin nümayəndələri dinləyir. Aksiya iştirakçıları deyirlər ki, onların adına xəbərləri olmadan banklardan kredit götürülüb. Şahağacı və ətraf kəndlərindən bununla bağlı minə yaxın şikayətçi var».
Yada salaq ki, səhər saatlarında Şahağacı kəndinin bir qrup sakini Astara-Bakı yolunu bağlamağa cəhd göstərmişdilər.
***
Astara rayonunda da sosial problemlərlə bağlı etirazlar başlayıb. Rayonun Şahağacı kəndində sakinlər ikinci Astara-Bakı yolunu tutmağa cəhət ediblər. Bu barədə məlumat verən Astara rayon sakini Elçin İbrahimlinin deməsinə görə, kənd sakinləri əsasən bank borclarına görə etiraz edirlər. Hadisə yerinə polis gəlib. (azadlıq.org)