Sumqayıtda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Sumqayıtın Heydər Əliyev prospektində “VAZ 21015” və “Geely” markalı iki minik avtomobili toqquşub. Nəticədə “VAZ 21015″də olan sərnişinlərdən 1991-ci il təvəllüdlü Orucov Vüsal İlqar oğlu aldığı xəsarətlərdən vəfat edib. Sürücü, 1990-cı il təvəllüdlü Bağırov Siyasət Ədalət oğlu, sərnişinlər – 1993-cü il təvəllüdlü Rzayeva Aynurə Camal qızı, 1990-cı il təvəllüdlü Orucov Vüqar İlqar oğlu və onun həyat yoldaşı Orucova Tutu Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Lakin onlardan Tutu Orucovanın həyatını həkimlərin səyinə baxmayaraq, xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.
Avtomobildə olan şəxslər bir ailənin üzvü olub. Onlar ad günü şənliyindən evə qayıdırmış.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Qəzada dünyasını dəyişən Vüsal Orucov veb-proqramçı və bir neçə saytın təsisçisi olub. O, həm də Avropa Azərbaycan məktəbində dərs deməyə başlayıbmış. Onun qəzada yaralanan qardaşı Vüqar Orucov isə model və dizayner kimi fəaliyyət göstərir.