İran prezidenti Həsən Ruhani sanksiyaların ləğv edilməsi münasibəti ilə xalqını təbrik edib.Ruhanı nüvə sazişini “İranın tarixində qızıl səhifə” adlandırıb.
Bunu prezident iqtisadi sanksiyaların ləğvi ilə bağlı həmyerlilərinin qarşısında çıxışı zamanı deyib.
“Mən bu qələbə münasibəti ilə İran xalqını təbrik edirəm. Bu saziş ölkənin iqtisadi inkişafında “dönüş nöqtəsi”dir”. Mən hesab edirəm ki, bu razılaşma milli özünə əminliyi artıracaq” – deyə prezident bildirib.
İran prezidenti qeyd edib ki, nüvə problemi üzrə beynəlxalq vasitəçilərin (Çin, Fransa,Almaniya, Rusiya, Böyük Britaniya və ABŞ) Tehranla razılaşmasını müsbət qarşılayır.
(ans)