“Respublika”nın müxbiri küçədə yıxılaraq dünyasını dəyişdi

Bakıda küçədə ölüm hadisəsi baş verib.

“Report”un məlumatına görə, günorta saatlarında metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında təxminən 65-70 yaşlı kişi qəfildən huşunu itirərək yıxılıb.

Yaxınlıqda olan adamlar hadisə yerinə təcili tibbi yardım çağırıblar. Lakin həkimlər hadisə yerinə gələndə artıq gec olub. Yıxılan şəxs dünyasını dəyişib.

Sonradan məlum ilub ki, həmin şəxs jurnalist Sabir Mustafayevdir.60 yaşlı S.Mustafayevin Cəlilabad rayonunda doğulub. O, “Respublika” qəzetinin əməkdaşı imiş.

Hadisə yerinə “Respublika” qəzetinin redaktoru da gəlib.

Mərhumun meyiti morqa aparılıb.