Naxçıvanda  AXCP fəalının məhkəməsi gizli keçirilib

zeynal_bagirzadeZeynalabdin Bağırzadə vəkilsiz qala bilər

2016-ci il yanvarın 8-də t siyasi baxışlarına görə şərlənərək həbs olunan AXCP Babək rayon şöbəsinin fəalı ZeynalabdinBağırzadənin  məhkəməsi üzrə hazırlıq  prosesi keçirilib. Məhkəmə barədə Bağırzadənin yaxınlarına  məlumat verilməyib.

Bu barədə redaksiyamıza ZeynalabdinBağırzadənin qardaşı AXCP Naxçıvan Şöbəsinin sədri Yaşar Bağırsoy məlumat verib. Onun bildirdiyinə görə, o Zeynalabdininvəkili ilə əlaqə saxlayıb öz iradını bildirib. Məhkəmənin vaxtı barədə  vəkilin məlumat verməməsinin səbəbini soruşub.  Vəkil Behbud səhfini etiraf etsədə, əlavə olaraq bildirdirib ki, o artıq növbəti məhkəmə prosesində iştirak etməyəcəkdir. Yaşar Bağırsoyun fikrinə görə qardaşı Zeynalabdinin vəkilinə  təzyiq olunubdur.

Bağırzadənin növbəti məhkəmə prosesi 2016-cı yanvarın 18-də  keçiriləcəkdir.

Xatırladaq ki, Zeynalabdin Bağırzadə ötən ilin noyabr ayının 17-dəhəbs olunub. Yaxınlarının sözlərinə görə, o, öyrədilmiş şəxs tərəfindən təhqir olunduğu üçün Babək rayon Prokurorluğuna müraciət edib. Amma əvəzində onun özünü saxlayaraq CM-nin 315-ci maddəsi ilə ona ittiham irəli sürüb.

 

azadliq.info