Məşhur qapıçı intihara cəhd edib

mondraqonKolumbiya yığmasının keçmiş qapıçısı Farid Mondraqon intihara cəhd edib. Mondraqon xeyli dozada antidepresant dərman qəbul edib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan keçmiş qapıçının həyatına təhlükə yoxdur.

Əfsanəvi qapıçı intihara cəhddən əvvəl şəxsi İnstagram hesabında kiçik qeyd də paylaşıb:

“Öz həyatım haqda qərarı yalnız özüm verə bilərəm. Özümü qoruya bilməməkdən yorulmuşam”.

2014-də ildə karyerasını başa vuran Mondraqon Türkiyənin “Qalatasaray”, İspaniyanın “Saraqosa”, Almaniyanın “Köln” klublarının şərəfini qoruyub.