Rusiya büdcəni 10 faiz kəsməyə hazırlaşır

rusiyaRusiya hökuməti 2016-cı il büdcəsini 10% azaltmağa hazırlaşır. Bu barədə hökumətdəki mənbələrə istinadən Reuters məlumat yayıb. Belə bir qərar hökumətin baş nazir Dmitri Medvedevin sədrliyi ilə keçirilən iclasında verilib. Bununla 700 milyard rubla qənaət etmək mümkün olacaq. Məlumata görə, büdcənin azaldılması büdcə təşkilatlarında çalışanların əmək haqqına təsir etməyəcək.

2016-cı ilin büdcəsində ÜDM-in artımı 0,7 %, neftin qiyməti isə 50 dollar nəzərdə tutulub. Lakin büdcə qəbul ediləndən sonra vəziyyət xeyli pisləşib.

Qeyd edək ki, 2015-ci ilin əvvəlində də hökumət büdcə ixtisarına getmişdi.

azadlıq.info