Sankt-Peterburq-Bakı reysinin sərnişinləri dünən gecədən hava limanında gözləyirlər.
Rusiyanın Sankt-Peterburq şəhərindən Bakıya gələn aviareys təxirə düşüb.
ANS PRESS-in məlumatına görə, reysin təxirə düşməsinə səbəb təyyarədə yaranan nasazlıqdır. Bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib: “Təyyarədə texniki problem yarandığından gecə olan uçuşda ləngimə var. Reys təxirə salınmayıb. Hal-hazırda təyyarənin yola salınması istiqamətində işlər aparılır. Tez bir zamanda – təyyarə hazır olduqdan sonra uçuş baş tutacaq”, – deyə qurum rəsmisi bildirib.
Fakt Pulkovo hava limanından da təsdiqlənib. Reysin ləngiməsi barədə hava limanının saytında uçuş cədvəlində məlumat yerləşdirilib. Məlumat üçün qeyd edək ki, “Azərbaycan Hava Yolları”na məxsus təyyarə ötən gün 23:50-də (Rusiya vaxtı ilə) yola düşməli idi.
Qeyd edək ki, iki reysin uçuşunda problem yaranıb. Bunlardan biri Bakı, digəri isə Samaraya olan uçuşdur.