Dövlətə xəyanətdə ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilən jurnalist Rauf Mirqədirov vəkili ilə görüşüb.
Bu barədə R.Mirqədirovun vəkili Fuad Ağayev məlumat verib.
Vəkil bildirib ki, görüş zamanı jurnalistin saxlanma şəraiti və səhhəti ilə maraqlanıb: “Saxlanma şəraiti normaldır. Səhhətində bəzi problemlər hələ də qalır. Bununla bağlı dərmanlar qəbul edir”.
Vəkil deyib ki, görüş zamanı R.Mirqədirovla məhkəmə hökmündən verəcəyi apelyasiya şikayətini də müzakirə edib və yaxın günlərdə apelyasiya şikayəti məhkəməyə təqdim ediləcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilib.