İqtisadçıdan manatın məzənnəsi ilə bağlı proqnoz

azer mehtiyevİqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev manatın məzənnəsi ilə bağlı növbəti proqnoz verib.

O Mərkəzi Bankın manatı sərbəst “üzməyə” buraxdığını xatırladıb.

“Mərkəzi Bank manatı sərbəst üzməyə buraxdı. Məzənnənin gündəlik dəyişikliklərinə hazır olun. Məzənnənin gündəlik dəyişikliklərinə hazır olun. Mərkəzi Bankın yeni təsdiq etdiyi “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”ndan çıxarış

9. Məzənnənin müəyyən edilməsi

9.1. Nağd xarici valyutanın alış və satış məzənnələri banklar tərəfindən müstəqil şəkildə təyin edilir. Məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər.

Əmrdə şöbənin nömrəsi, ünvanı, məzənnələr və məzənnənin müəyyən edilməsinin tarixi və vaxtı əks etdirilir. Tədavülə yararlı olan nağd xarici valyutanın məbləğinə, buraxılış ilinə, keyfiyyətinə və fiziki xassələrinə görə fərqli məzənnələr təyin edilə bilməz.

9.2. Əməliyyat günü ərzində məzənnələr bankın əmri ilə dəyişdirilə bilər. Əmr faks, elektron poçt və ya digər vasitələrlə şöbəyə çatdırılır. Məzənnənin dəyişdirilməsi (dəyişmənin vaxtı və tarixi daxil olmaqla) şöbənin qeydiyyat jurnalında qeydə alınır və şöbədə quraşdırılmış lövhədə əks etdirilir. Məzənnənin müəyyən edilməsi barəsində sənəd mübadilə şöbəsində günün sənədlərinə tikilir.

9.3. Mərkəzi Bank xarici valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini müəyyən etdikdə mübadilə məzənnələrinin təyin edilməsi zamanı həmin həddə riayət olunmalıdır”.