Ukrayna Rusiyadan belə əvəz çıxdı

baki-sumqayit-qatariRəsmi Kiyev yanvarın 15-də UkraynaÇin marşrutu üzrə ilk konteyner qatarını reysə buraxacaq.

Pilot reysi yükləri Gürcüstan, Azərbaycan, Qazaxıstan vasitəsi ilə Çinə çatdıracaq. Bu barədə Ukraynanın İnfrastruktur nazirinin müavini Vladimir Omelyanov  məlumat verib.

“15 yanvarda Odessa vilayətinin İliçevsk limanından pilot qatar reysi hərəkətə keçəcək. Bununla da bizim məhsullar Rusiyadan kənar yollarla Asiya bazarlarına çatdırılacaq. Bu layihənin çox böyük tarixi əhəmiyyəti var”, – deyə Omelyanov bildirib.

 

(ans)