THY Bakı – İstanbul aviareysini təxirə saldı

turkiye-teyyareSərnişinlər qurumun internet saytından ləğv edilən reyslər barədə məlumat əldə edə bilərlər.

Türkiyənin aviaşirkəti “Türk Hava Yolları” (THY) “Atatürk” hava limanında gözlənilən fırtına səbəbindən 2016-cı il 6-7 yanvar tarixlərdə həyata keçiriləcək 84 uçuşu təxirə salıb. ANS PRESS-in xəbərinə görə, bu barədə THY-nin rəsmi internet saytında məlumat yayılıb.

“İstanbul “Atatürk” hava limanında baş verməsi gözlənilən fırtına şiddətindəki cənub küləyi səbəbindən uçuş həcminin azaldılması istiqamətində daxili və xarici reyslə planlaşdırılan 84 uçuş həyata keçirilməyəcək.” – deyə saytın açıqlamasında bildirilir.

Sərnişinlər səyahətdən əvvəl qurumun internet saytına daxil olaraq ləğv edilən reyslər barədə məlumat əldə edə bilərlər.

Bu çərçivədə 07.01.2016-cı il tarixdə saat 08.15-də İstanbul “Atatürk” hava limanından Bakı Heydər Əliyev Beynəlxalq aeroportuna nəzərdə tutulan və 07.01.2016-cı il tarixdə saat 04.45-də Heydər Əliyev Beynəlxalq aeroportundan İstanbul “Atatürk” hava limanına nəzərdə tutulan reys ləğv olunub.

İstanbulda gözlənilən çovğunla əlaqədar 142 təyyarə reysi təxirə salınıb. ANS PRESS-in məlumatına görə, təxirə salınan reyslər arasında Azərbaycanın paytaxtı Bakıya nəzərdə tutulan uçuş da var.

Türk Hava Yollarının (THY) rəsmi səhifəsində yerləşdirilən elanda bu barədə qeyd edilib: “Hörmətli sərnişinlər, İstanbulda dekabrın 30-da başlayacaq qar yağışı 31-də güclənəcək. Bu səbəblə də İstanbul Atatürk və Sabiha Gökçen Hava limanlarından yüklənməni azaltmaq üçün aşağıdakı reyslər təxirə salınıb”.

Son dəfə dekabr ayının 30-31-də qarlı hava şəraiti ilə bağlı uçuşlarda problem olmuşdu. İstanbulda gözlənilən çovğunla əlaqədar 142 təyyarə reysi təxirə salınıb. Təxirə salınan reyslər arasında Azərbaycanın paytaxtı Bakı, eləcə də Gəncəyə nəzərdə tutulan uçuşlar da olub.

Bayram günlərində Türkiyədə son 10 ilin ən güclü çovğunu barədə xəbərdarlıq edilib. Güclü qar yağışı müşahidə edilib.