3 nəfər dəm qazının qurbanı oldu

dem qaziDünən ölkədə 3 nəfər dəm qazından boğularaq ölüb. Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, yanvarın 5-də paytaxtın Nizami rayonunda yaşayan Nərgiz Aydınova, Xətai rayonunda yaşayan Çingiz Bədəlov və Xaçmaz şəhərində yaşayan Tamilə Təhməzova mənzillərində dəm qazından zəhərlənərək ölüb.
Araşdırma aparılır.