Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginlik irimiqyaslı müharibəyə çevrilə bilər.
“Fox News” xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının keçmiş komandanı, dəniz piyadalarının istefada olan generalı Entoni Zinni müsahibəsində deyib.
Onun sözlərinə görə, iqtisadi sabitlikdə maraqlı olan hər kəs yaranmış vəziyyətdən narahatdır: “İki ölkə arasındakı münasibətə dair yayılan xəbərlər narahatedicidir. Əgər münaqişə kəskinləşərsə, o zaman bu İranla Səudiyyə Ərəbistanı arasında irimiqyaslı müharibəyə səbəb olar. Bu isə körfəzin bağlanması, enerji daşıyıcılarının sərbəst nəqlində məhdudiyyətlərin yaranması ilə nəticələnər”, – deyə o vurğulayıb.
General deyib ki, Ər-Riyadla Tehran arasında münaqişə terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədən diqqəti yayındırar, Vaşinqtonun dəstəklədiyi bölgə dövlətlərində daxili sabitliyin pozulmasına səbəb olar.

“Səudiyyə ilə İranın konflikti müharibəyə səbəb ola bilər”
•