Rusiya kəşfiyyatının rəhbəri vəfat etdi

igor-sergunRusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Serqun 58 yaşında qəfil vəfat edib. Ölkə başçısı Vladimir Putin yanvarın 4-də onun ailə üzvləri və yaxınlarına başsaşlığı verib.

Putin onun bütün ömrünü ordu və vətənə həsr elədiyini bildirib.

2011-ci ildən Baş Kəşfiyyat İdarəsinə rəhbərlik edən Serqun həm də Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavinidir.

Kremil onun ölümünün səbəblərini açıqlamır.

Serqun ictimai xadim kimi tanınmış deyildi.

O Ukrayna münaqişəsinə görə Qərbin Rusiyaya qarşı tətbiq elədiyi sanksiyalar siyahısına düşmüşdü.