Avro Bölgəsində Dekabr ayında emal, yeni sifarişlərin təsiri ilə 20 ayın ən güclü yüksəlişini həyata keçirib.
Avro Bölgəsində emal satınalma menecerləri indeksi (PMI) Noyabr ayında 52.8 səviyyəsindən Dekabr ayında 53.2 səviyyəsinə yüksəlib. Aprel 2014-dən bu yana ilk dəfə Yunanıstan daxil olmaqla bütün bölgə iqtisadiyyatlarında istehsal yüksəliş göstərib.
19 bazarı əhatə edən Avro Bölgəsində toparlanma, Avropa Mərkəzi Bankından (AMB) bənzəri görünməmiş əlavə stimul paketinin şirkətlərə və istehlakçılara müsbət təsirilə sürətlənir. Bank kreditləri Noyabr ayında yüksələrək investisiyalarda artıma və etimadın dörd ilin zirvəsinə yetişdiyinə işarə edib.
IHS Global Insight-dan iqtisadçı Hovard Archer, “Avro Bölgəsində şərtlər mülayim bir yüksəliş üçün əlverişli qalmaqda davam edir. Çox şey, qlobal iqtisadi görünüşə görə formalaşacaq və Avro Bölgəsində inkişafın həqiqətən sürətləndiyini görmək çətin olacaq” deyib.
(marja)