Paytaxtın Nizami rayonunda supermarket yanıb.
Bakı şəhəri, Nizami rayonunda sahibi məlum olmayan, ümumi sahəsi 900 kv.m olan ikimərtəbəli “ARMO STORE” supermarketinin 1-ci mərtəbəsində alçipandan ibarət tavanı və rəflərə yığılmış ərzaq məhsulları 6 kv.m sahədə yanıb.
Marketin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 02:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.