Ukraynada yaşayan erməni Filip Ekozyants Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək 1915-ci ildə baş verən hadisələrə aydınlıq gətirmək üçün arxiv sənədlərinin açılmasını xahiş edib. O zaman baş verən hadisələrin üçüncü qüvvə tərəfindən törədildiyini deyən Ekozyants bu gün olduğu kimi ötən əsrin əvvəllərində də Rusiyanın aranı qarışdırdığını qeyd edib. Ekozyants məhz Rusiyanın iki milləti bir birinə düşmən etdiyini deyir. Onun Ərdoğana videomüraciətini təqdim edirik: