eli-esedov

Əli Əsədov təcrid vəziyyətində

eli-esedovPrezidentin köməkçisi karyerasının son günlərini yaşayır

Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov proseslərdən tamamilə təcrid olunub. “Azadlıq”a daxil olan məlumata görə, Azadlıq prospektində baş verən və 15 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsindən sonra Əli Əsədov ölkə başçısı Ilham Əliyevin yanında etimadını itirib.

Əli Əsədov paytaxtda abadlıq-quruculuq işlərinə məsul əsas məmurlardan biri idi. Keçmiş MTN şefi Eldar Mahmudovun “vurulmasından” sonra isə Əli Əsədovun vəziyyəti daha da pisləşib. Məlumat üçün deyək ki, Əli Əsədovla Eldar Mahmudov yaxın qohumdurlar. Eldar Mahmudovun nazir olmasında onun da mühüm rolu olub. Məlumatda bildirilir ki, artıq Əli Əsədovun kurasiya etdiyi şirkətlər başqa şəxsin idarəçiliyinə verilib. Bununla yanaşı onun siyasi proseslərə təsir imkanları da sıfıra endirilib. Əli Əsədovun indi iş başında olması faktiki olaraq formal xarakter daşıyır.

Iddia olunur ki, 2016-cı ilin ilk aylarında Əli Əsədov tutduğu vəzifədən azad edilə bilər. Onun hətta “MTN işi” çərçivəsində həbs olunacağı da istisna deyil.