Putin Əsəd məsələsində israr etmir

putinRusiya prezidenti mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Putinin ABŞ dövlət katibi Con Kerri ilə görüşdə Əsədin növbəti seçkilərdə iştirakı ilə bağlı fikri səsləndirmədiyini bildirib. Peskov görüşlə bağlı yayılan fikirlərin reallığı əks etdirmədiyini deyib.

Qeyd edək ki, Bloomberg  agentliyi Rusiya prezidenti Putinin Con Kerri ilə görüş zamanı Bəşər Əsədin Suriyada keçiriləcək növbəti prezident seçkilərində iştirakına israr etməsilə bağlı məlumat yaymışdı.

azadlıq.info