ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) Barak Obamanın vədinə baxmayaraq iki dövlətin rəhbərini izləməkdə davam edir. Bunlar İsrailin baş naziri Benyamin Netanyahu və Türkiyə prezidenti Rəcb Tayyib Ərdoğandır.
Bu barədə Amerika məmurlarına istinadən The Wall Street Journal yayıb. Məlumata görə, MTA Netanyahunun amerikalı konqresmenlər və ABŞ-ın yəhudi lobbisi üzvləri ilə danışıqlarını izləyib. Dinləmə əsasən İranla nüvə razılaşmasına hazırlıq ərəfəsində olub. Dinləmə Netanyahunun və onun müşavirlərinin ABŞ-dakı qruplarla nüvə razılaşmasına qarşı arqumentləri müzakirə edib.
Prezident Obama iki il əvvəl bundan sonra dost dövlətlərin başçılarının telefon danışıqlarının dinlənilməyəcəyini bəyan edib. Obama administrasiyasında danışıqları dinlənilməyəcək dövlət liderlərinin siyahısını dərc edib. Bu siyahıda Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel və NATO üzvü olan digər ölkələrin liderləri var. Ancaq bu siyahıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yoxdur.
azadlıq.info