2015-də həyatını itirən məşhurlar

paris

2015 bir qrup tanınmış ictimai-siyasi xadimin həyatının son ili oldu. Həm yaxınları, həm də dünya əhli bu il onlarla vidalaşdı. Bu mənada, ilin ilk qara xəbəri Fransa paytaxtı Parisdən gəldi.

“Charlie Hebdo” qətliamı

Yanvarın 7-də 3 nəfər silahlı şəxs satirik “Charlie Hebdo” jurnalının Parisdəki redaksiyasına daxil olaraq əməkdaşlara atəş açdı. Nəticədə baş redaktor Stefan Şarbonye də daxil olmaqla, 12 nəfər öldü, 11 nəfər yaralandı. Həlak olanların arasında iki nəfər polis əməkdaşı da vardı. Şahidlərin sözlərinə görə hadisə avtomat silah və qumbaraatanlarla silahlanmış qara maskalı iki şəxs tərəfindən törədilmişdi.

Əlvida, kral! 

seud kecmis kral

Yanvarın 23-də Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdül Əziz əl-Səud 91 yaşında vəfat etdi. Kral Abdullah 2014-cü ilin dekabrında ağciyər infeksiyası diaqnozu ilə Ər-Riyaddakı xəstəxanalarından birinə yerləşdirilmişdi.ÿ Son 4 ildə kral bir neçə dəfə onurğa sümüyü əməliyyatıÿ keçirmişdi.ÿ

Onun yerinə taxta 79 yaşlı kral Salman ibn Əbdül Əziz əl-Səud çıxdı. O, 2012-ci ildən ölkənin müdafiə naziri vəzifəsində çalışmışdı. Bundan əvvəl isə paytaxt Ər-Riyadın qubernatoru olmuşdu.

Rusiyanı şoka salan qətl

nemtsov3

Növbəti qara xəbər Rusiyanın paytaxtı Moskvadan gəldi. Tanınmış müxalifət lideri, Putin rejiminə qarşı sərt çıxışları ilə fərqlənən Boris Nemtsov qətlə yetirildi. Onu fevralın 27-də Moskvanın mərkəzində güllələdilər. Hadisə “Böyük Daş” körpüsündə baş vermiş, ağ rəngli avtomobil  piyada hərəkət edən Nemtsova yaxınlaşaraq ona bir neçə dəfə atəş açmışdı. Güllələr Nemtsovun kürəyindən dəymiş və tanınmış müxalifət lideri hadisə yerində keçinmişdi. Qətlin baş verdiyi meydan Kremlin bir neçə metrliyində, mühafizə kameralarının çox olduğu ərazidə yerləşsə də, cinaytəin gerçək sifariş və icraçıları bu günə qədər müəyyən edilməyib. Rəsmi istintaqın qətlin sifarişçisi kimi təqdim etdiyi şəxsi isə Nemtsovun ailəsi günahkar kimi qəbul etmir. Ailə qətlin siyasi sifariş olmasında israr edir.

Rasputin…

Rusiyanın tanınmış yazıçısı Valentin Rasputin bu il martın 15-də – öz doğum günündə dünyasını dəyişdi. Dörd gün komada olan yazıçı 78 yaşında vəfat etdi.

Valentin Rasputin 15 mart 1937-ci ildə Irkutsk vilayətinin Atalanka Ust-Udinsk rayonunda anadan olub. SSRI Sosialist əməyi qəhrəmanı, Dövlət mükafatları laureatı olub.

Onun “Mariya üçün pul” (1967), “Son möhlət” (1970), “Fransız dili dərsi” (1973), “Yaşa və xatırla” (1974), “Matyora ilə vida” (1976), “Yanğın” (1985) və başqa məşhur povestləri var.

Əfsanəvi lider…

Bir zamanlar ingilis müstəmləkəsi olan Sinqapuru müstəqil dövlətə, Uzaq Şərqin parlaq ölkələrindən birinə çevirən əfsanəvil lider Li Kyan Yu martın 23-də 91 yaşında vəfat etdi. Kyan Yunun ölümündən sonra oğlu, hazırda ölkənin baş nazir olan Li Syan Lun ölkədə 1 həftə ümummilli matəm elan etdi.

Li Kyan Yu 1959-cu ildə Sinqapur müstəqilliyini elan etdikdən sonra ölkənin ilk baş naziri olub və 31 il bu vəzifəni tutub.

O, geridə qalmış bir ölkəni güclü iqtisadi dövlətə çevirdyinə görə  “Sinqapur iqtisadi möcüzəsi”nin yaradıcılarından hesab olunur.

“Nobel”li yazıçı

Məşhur alman yazıçısı, Nobel mükafatı laureatı Günter Qrass da bu il dünyasını dəyişdi. Yazıçı aprelin 13-də 87 yaşında vəfat etdi. G.Qrass 2012-ci ildə Israilin Irana qarşı siyasətini sərt tənqid etdiyinə görə, Ted-Əviv tərəfindən anti-semitizmdə ittiham edilərək “persona non grata” elan edilmişdi.ÿG.Qrass 1927-ci ildə anadan olub. Yazıçı müasir alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. 1999-cu ildə yazdığı “Tənəkə təbil” əsərinə görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. “Siçovul”, “Mənim yüz ilim”, “Iblisin gündəliyindən” kimi, məşhur romanların müəllifidir.

Kənan Evrən…

Bu il Türkiyənin sabiq prezidenti Əhməd Kənan Evrən də vəfat etdi. 98 yaşlı sabiq prezident mayın 9-da müalicə aldığı Ankara Gülhanə Tibb Akademiyasında dünyasını dəyişdi.

Kənan Evrən ÿ17 iyul 1917-ci ildə ÿManisada anadan olub. Türkiyənin 7-ci prezidenti və Türkiyə Silahlı Qüvvələrinin 17-ci Baş Qərargah rəisi olub. O, ÿ1980 ilin sentyabrın ÿ12-də ÿhərbi çevriliş həyata keçirib. 1982-ci ildə Türkiyənin yeddinci prezidenti olub. (1982-89)

18 iyun 2014-ci ildə Ankara 10-cu Ağır Cəza Məhkəməsi tərəfindən ÿdövlət çevrilişi, parlamenti silahlı ÿqiyamla ÿləğv etmək ÿittihamları ilə ömürlük həbs cəzasına məhkum olunub. Onun ordu generalı rütbəsi də əlindən alınıb.

Səddamın “sağ əli”

Iyunun 5-də keçmiş Iraq prezidenti Səddam Hüseynin ən yaxın silahdaşlarından biri, ölkənin keçmiş baş nazir müavini Tarix Əzizÿ 79 yaşındaÿ vəfat etdi. Tarix Əziz 1936-cı ildə Mosulda doğulub. Səddam Hüseynlə gənc yaşlarında tanış olub. 1979-cu ilə qədər bir sıra vəzifələrdə çalışıb. 79-cu ildə isə baş nazirin müavini vəzifəsinə gətirilib.ÿ 2003-cü ilə – Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələri Iraqa daxil olana qədər bu vəzifədə çalışıb. 2010-cu ildə Iraq Cəza Məhkəməsi tərəfindən keçmişdə dini partiyalara qarşı həyata keçirdiyi basqılara görə edam cəzasına layiq görülüb. Lakin səhhətində olan problemlərə görə edam cəzası qüvvədən düşüb.

Süleyman Dəmirəl…

Türkiyə 9-cu prezidenti Süleyman Dəmirəllə də bu il vidalaşdı. 91 yaşlı Dəmirəl iyunun 17-də, yerli vaxtla saat 02:05-də müalicə aldığı Ankara Güvən Xəstəxanasında dünyasını dəyişdi. Keçmiş prezidentin vəfatı ilə bağlı ilk məlumat xəstəxana rəhbərliyi tərəfindən yayıldı.

“Hörmətli 9-cu prezidentimiz Süleyman Dəmirəl, 2015-ci il, mayın 13-dəÿ ürəkÿ çatışmazlığı və kəskin tənəffüs yolları infeksiyası ilə Xəstəxanamıza yerləşdirilib. Son günlər onun vəziyyəti ağırlaşmış, iyunun 16-da tənəffüs və ürək funksiyalarının kəskin pozulması müşahidə olunmuşdu. Bütün səylərimizə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.ÿ Süleyman Dəmirələ Allahdan rəhmət, yaxınlarına və Türk Millətinə baş sağlığı diləyirik” – deyə, xəstəxanadan verilən açıqlamada deyilirdi.

Primakov…

Bu il iyunun 26-da Rusiyanın keçmiş baş naziri və XIN rəhbəri olmuşÿ Yevgeny ÿPrimakovÿ 86 yaşında vəfat etdi. 1990-cı ildə Bakıda baş vermiş yanvar hadisələrindən qabaq Bakıya Kremlin nümayəndəsi kimi məhz Primakov gəlmişdi. 1929-cu ildə Kiyevdə anadan olan Primakov Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru (1991-1996), xarici işlər naziri (1996-1998), baş nazir (1998-2000) vəzifələrini tutub.

Rusiya prezidenti Vladimir Putin Primakovun adını ölümündən sonra əbədiləşdirib. O, Primakovun adının Rusiya gəmilərindən birinə verilməsi, adına medal və Moskva Dövlət Universitetinin fərqlənən tələbələrinə müavinət təsis edilməsi barədə sərəncam imzalayıb.ÿ

Almaniya kansleri Şmidt

Almaniyanın keçmiş kansleri Helmut Şmidt bu il noyabrın 10-da 96 yaşında vəfat etdi. Keçmiş kansler nəfəs yollarındakı xəstəlikdən əziyyət çəkirdi. Ölümündən bir müddət əvvəl əməliyyat keçirən Şmidtə siqaret çəkmək qadağası qoyulmuşdu. Almaniya Sosial Demokrat Partiyasının tanınmış simalarından olan H.Şmidt 1974-cü ildən 1982-ci ilədək Almaniya Federativ Respublikasının beşinci kansleri olub. Buna qədər isə müxtəlif vaxtlarda federal müdafiə naziri, iqtisadiyyat və maliyyə naziri postlarını tutub. O, publisist, filosof və dünya iqtisadiyyatının bilicilərindən biri kimi də tanınırdı.

Gültəkin