«Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» qanuna dəyişiklik edildi
Müzəffər Baxışov: «Bu dəyişikliklərin edilməsi terrorçuluq üçün zəmin yaradan vəsaitlərin vaxtında aşkar edilməsinə imkan yaradacaq»
Dövlət başçısı Ilham Əliyev “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna dəyişikliklərin edilməsilə bağlı fərman imzalayıb.
Fərmanda əsas vurğu terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirləri çərçivəsində əhatə dairəsinin genişləndirilməsinə edilib. Bundan başqa bu istiqamətdə aktivlərin dondurulması ilə bağlı da müvafiq orqanların səlahiyyətləri artırılıb.
Hüquqşünas Müzəffər Baxışov hesab edir ki, qanuna edilən dəyişiklik Azərbaycanda terrora qarşı mübarizənin bir hissəsidir. Qanun layihəsinin qəbulu terroru maliyyəsiz buraxılmasına xidmət edir: “Əgər maliyyə yoxdursa, terror da yoxdur. Ona görə cinayətə və terrora xidmət edəcək maliyyənin münbit zəmin almasının qarşısının alınması müsbət haldır. Bu dəyişikliklərin edilməsi terrorçuluğa qarşı mübarizənin güclənməsinə, terroçuluq üçün zəmin yaradan vəsaitlərin vaxtında aşkar edilməsinə imkan yaradacaq”.
Xəyal