Bal yarmarkasında 650 kilo saxta bal tutuldu

balOktyabrın 21-də hər biri 50 kiloqramdan artıq olmaqla saxta balla dolu 13 bidonun yarmarkaya çıxarılmasının qarşısı alınıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat veriblər.

Nazirlikdən deyiblər ki, yarmarkada xüsusilə Astara və Daşkəsən rayonlarından gələn arıçılar daha çox təmsil olunurlar. Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının mütəşəkkil keçirilməsi üçün mütəxəssislərdən ibarət işçi qrupu yaradılmış və yarmarkanın gedişi nəzarətə götürülüb.

İşçi qrupu laboratoriya müayinəsindən keçməyən, mənşəyi məlum olmayan, anbara təhvil verilməyən və qeydiyyata alınmayan hər biri 50 kq-dan artıq olan 13 ədəd balla dolu bidonların (cəmi 650 kiloqram) yarmarkaya keçirilməsi faktı aşkar edib.

7 arıçıya məxsus balla dolu olan bidonlar müvafiq qaydada aktlaşdırılaraq dərhal sərgi-satış yarmarkasından çıxarılıb, arıçılar da yarmarkadan kənarlaşdırılıb.

Qeyd edək ki, saxta bal hazırlanarkən tərkibinə vurulan qatqılarım insan orqanizmi üçün təhlükəli olduğu hesab edilir. (virtualaz.org)