Bəşər Əsədin Mokvaya gözlənilməz səfəri, Suriya ətrafında yeni canlanmaya səbəb olub. Səfərin ardından Qətərin xarici işlər naziri Suriyaya hərbi müdaxilə edə biləcəklərini açıqlayıb. O, vəziyyət tələb edərsə, Türkiyə və Səudiyyə Ərəbistanı ilə birlikdə Suriyaya müdaxilə edəcəklərini bildirib. Suriya müxalifətinə dəstəklərinin davam edəcəyini bildirən Xalid əl Attiya, bunun zorakı rejimdən əziyyət çəkənlərə qarşı insani bir addım olduğunu ifadə edib.
azadliq.info