Abşeronda suya görə etiraz aksiyası oldu

absheron etirazAbşeron rayonu, Məhəmmədi qəsəbəsindəki yeni yaşayış massivində bina sakinləri etiraz aksiyası keçiriblər. Buna səbəb sakinlərin su problemidir. Suları gəlməyən sakinlər çarəni etiraz aksiyası keçirməkdə görüb.

Sakinlər Abşeron Rayon İcra Hakimiyyətinin qarşısına gedəcəklərini bildiribər.

Hadisə yerinə polis əməkdaşları da cəlb olunub (olke.az).