Gəncə sakini özünü yandırdı

ozunu-yandirdi-damdaBu gün axşam saatlarında Gəncədə bir nəfər özünü yandırıb. Kəpəz TV (Region TV) xəbər verir ki, şəhərin Cavadxan qəsəbəsində Dilqəm Qocayev ailə münaqişəsi zəmnində həyat yoldaşı Ruhanə Qocayeva ilə mübahisə edib və bundan sonra üzərinə yandırıcı maddə tökərək özünü yandırıb. R.Qocayeva və qayınatası Yusif Əhmədov onu xilas etmək istəyərkən özləri də yanıq xəsarətləri alıblar.

Eyni zamanda hadisə baş verən fərdi evin bir otağı yanıb. Hadisə yerinə Gəncə Şəhər Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Hər üç şəxs Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.