Sabiq nazirin kadrlarından sayılan MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov haqqında da ziddiyətli xəbərlər yayılır. Onun gah saxlanıldığı, gah da nəzarətə götürüldüyü bildirilir.
Məlumatda bildirilir ki, A.Çovdarovun oğlu Ruslan Çovdarov çalışdığı işdə yol verdiyi davamiyyətsizliyə görə cəzalandırılıb. Ruslan Çovdarova konkret olaraq töhmət verilib.
Qeyd edək ki, Ruslan Çovdarov xeyli müddətdir Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsində sektor müdiri işləyir.
Xatırladaq ki, Akif Çovdarova 2012-ci ilin martında general-mayor rütbəsi verilib. Ötən ilin martında isə 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib. (Modern.az)