Ziya Məmmədov işə çıxdı

ziya_memmedov

“Nəqliyyat naziri Ziya Məmmədov məzuniyyətdən sonra artıq işə çıxıb və hazırda kabinetində iş başındadır”.

Bu məlumatı “Azadlıq”a Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namik Həsənov verib. Onun sözlərinə görə, Ziya Məmmədovun məzuniyyəti oktyabrın 23-də başa çatır. Buna baxmayaraq o işə gələrək müəyyən tapşırıqlarını verib. Qurumun sözçüsü əvvəlki illərdə də nazirin vaxtından əvvəl məzuniyyətdən qayıtması hallarının olduğunu qeyd etdi. N.Həsənov bu gün nazirlikdə hər hansı toplantının keçmədiyini də bildirib.

Qeyd edək ki, bu gün bəzi saytlar Nəqliyyat Nazirliyində nazirin iştirakı olmadan toplantının keçirildiyi barədə məlumat yayıb.