Dünən prezidentin sərancamı ilə azad olunan Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun ətrafında həbslər başlayıb.
Bakının Teymur Əliyev küçəsində yerləşən MTN-in Monitorinq Xidmətinin rəisi general mayor Teymur Quliyevin 4 mərtəbəli villasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirilib.
Əməliyyat nəticəsində general mayor həbs edilib. Əməliyyatda 20-ə yaxın xüsusi təyinatlı iştirak edib.
Onun hansı istiqamətə aparıldığı məlum deyil.
Məlumatı hadisə şahidləri verib.
Qeyd edək ki, prezident İlham Əliyevin 27 mart 2012-ci il taixli sərəncamı ilə Teymur Rəcəb oğlu Quliyev general-mayor ali hərbi rütbəsinə layiq görülmüşdür. (Moderator.az)