İstehlakçılara satılan məhsulun faiz artımı nəyin göstəricisidir?

yasamal-bazar4

Artım alıcılıq qabiliyyətinə deyil, qiymətlərin bahalanmasına hesablanan amildir

Rəsmi səviyyədə təqdim edilən statistik məlumatlar cəmiyyətdə ironiya ilə qarşılanıb. Belə ki, 2015-ci ilin yanvar-sentyabr aylarında istehlakçılara 18,1 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz çox məhsul satıldığı barədə məlumat verilib.

Dövlət Statistika Komitəsindən verilənÿ məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 10 faiz artaraq 9 milyard manata, qeyri-ərzaq məhsulları üzrə isə 13,8 faiz artaraq 9,1 milyard manata bərabər olub.

Yuxarıda təqdim edilən  rəqəmlərə nəzər salanda belə bir qənaət hasil olur ki, əhalinin ərzaq məhsullarıyla təminatındakı yüksək hədd inkişafın göstəricisidir. Necə deyərlər, insanların pul kütləsi artdığından onun yeyib-içməyə xərclədiyi vəsaitin də həcmi çoxalıb. Fəqət rəsmi çevrə rəqəmlərin artan həddini gəlirlərin artımı kimi deyil, qiymətlərin bahalanması kimi təqdim etsə, daha real olardı. Belə olan halda,  2015-ci ilin  yanvar-sentyabr ayında  istehlakçılara keçən illə müqayisədə 11 faiz çox məhsul satıldığını inkişafın göstəricisi kimi təqdim etmək nə qədər doğrudur?

qadir-ibrahimli

Iqtisadçı-ekspert Qadir Ibrahimli əhaliyə satılan məhsullardakı məlum artım faizini real hesab etmədiyini, insanların alıcılıq qabiliyyətinin ilin əvvəlindəki devalvasiyadan sonra azalmağa başladığını söyləyir. Ekspertə görə  11 faiz artım nominal artımlardır, yəni əhalinin alıcılıq qabiliyyətinin deyil, qiymətlərin artmasından yaranan bir artımdır:

“Tutaq ki, əvvəllər əhaliyə 1 milyardlıq mal satırdılarsa, indi 1 milyard 150 milyonluq mal satırlar. Yəni bu, devalvasiyanın gətirdiyi bahalaşmadan, qiymətlərin artımından yaranan fərq ola bilər. Reallıq odur ki, ölkədə əhalinin alıcılıq qabiliyyəti artmağa deyil, hələ ki azalmağa doğru gedir”.

Nigar