UEFA-nın müvəqqəti prezidenti seçildi

anxel vilyar uefaUEFA-nın müvəqqəti prezidentinin adı məlum olub. Bu, İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyardır.

Hazırkı prezident Mişel Platiniyə 90 günlük diskvalifikasiya cəzası verilib. Bu gün ali futbol qurumunun İcraiyyə Komitəsinin növbədənkənar iclası keçirilib. İclasdan sonra mətbuata açıqlama verən UEFA-nın baş katibi Canni İnfantino vitse-prezident Vilyarın müvəqqəti prezident seçildiyini söyləyib. Çünki reqlamentə görə, qurumda prezident olmadıqda onun səlahiyyətlərini vitse-prezident yerinə yetirməlidir.