Putin: “İŞİD-in sıralarında Rusiya və MDB-dən 7 min silahlı vuruşur”

putinMDB-nin Qazaxıstanda keçirilən iclasında Rusiya prezidenti Vladimir Putin beynəlxalq terrorizm mövzusuna toxunub.

Rusiya prezidenti İraq-Şam İslam Dövləti (İŞİD) qruplaşmasının sıralarında Rusiya və MDB ölkələrindən olan 7 min silahlının vuruşduğunu deyib:

“MDB çərçivəsində beynəlxalq terrorizmə qarşı mübarizə fəaliyyəti aktivləşib. Müxtəlif məlumatlara görə, İŞİD qruplaşmasının sıralarında Rusiya və MDB-dən olan 5-7 min arasında döyüşçü vuruşur. Əlbəttə, biz onlara Suriyada aldıqları təcrübəni evlərimizdə tətbiq etməyə imkan verməyəcəyik”.

İclasın sonunda MDB dövlət başçılarının beynəlxalq terrorizmə qarşı birgə bəyannaməsi qəbul olunub. (Modern.az)