Xırdalan şəhəri “Heydər Əliyev” prospektindəki 30 – cu məhəllənin sakinləri Moderator.az – a şikayət məktubu yollayıblar.
Sakinlər bildirirlər ki, mayın 19 – da Binəqədidəki çoxmərtəbəli yaşayış binasında baş verən məlum faciədən sonra yuxuları ərşə çəkilib, hər an qorxu və səksəkə içərisində, yanğın təhlükəsi altında qalıblar. Səbəb sə ondan ibarətdir ki, yaşadıqları binaların fasadlarındakı “ölümsaçan” penoplast üzlüklər hələ də sökülməyib. Sakinlər qorxur ki, növbəti dəhşətli faciə onları da haqlaya bilər və adi ehtiyyatsızlıq növbəti faciənin yaşanmasına səbəb ola bilər.
Sakinlər müvafiq qurumlara xəbərdarlıq da göndəriblər ki, tezliklə onların dincliyini əllərindən alan bu problem həllini tapmasa etiraz aksiyasına əl atacaqlar…