İndicə aldığımız xəbərdə bildirilir ki, 160 saylı Gimnaziyada döyülən Fərhad Qasımov gimnaziyadan qovulub. Valideynlər və şagirdlər arasında gəzən söhbətlərə görə F. Qasımovu döyənlər imkanlı və vəzifəli şəxslərin uşaqları olduğu üçün döydükləri şagirdin məktəbdən də izini itirməyə nail olublar.
**
Səbail rayonu 160 saylı Klassik Gimnaziyasında 10 və 11-ci sinif şagirdləri arasında kütləvi dava baş verib.
Hadisə nəticəsində gimnaziyanın 10-cu sinif şagirdi, 16 yaşlı Fərhad İlham oğlu Qasımov döyülüb. Onun burnu sındırılıb. F.Qasımov xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 160 saylı Klassik Gimnaziya Təhsil Nazirliyinin 2013-cü ildə açıqladığı 2012-2013-cü il buraxılış imtahanlarının nəticələrinə görə orta məktəblərin reytinq siyahısında ikinci olub. (report)