Rusiya prezidenti Vladimir Putin, ABŞ-ın Suriya problemnin həllində onlarla əməkdaşlıqdan imtina etdiyini bildirib. Qazaxıstanda rəsmi səfərdə olan Putin, həmkarı Nursultan Nazarbayevlə birgə təşkil etdiyi mətbuat konfransında belə bir açıqlama verib:
“ABŞ, Suriyada bizimlə terrora qarşı mübarizə dialoqundan birbaşa imtina edirsə, demək, belə bir ciddi problemi birlikdə çözmək istəmir. ABŞ-ın bu davranışının arxasında yəqin ki, hansısa maraq var. Biz yenə də qapımızı açıq tuturuq və bu çətin prosesdə bütün tərəflərlə danışıqlar tərəfdarıyıq”,- deyə Putin bildirib.
azadliq.info