230 nəfər deputatlığa namizədliyini geri götürüb

secki“Deputatlığa namizədliyi qeydə alınanlardan bir hissəsi namizədliyini geri götürüb”.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

“Oktyabrın 13-nə olan məlumata görə, artıq namizədlərin sayı 1000 ətrafındadır”, – MSK sədri bildirib.

Seçki bülletenlərinin çapından sonra deputatlığa namizədlərin namizədliklərini geri götürməsinə gəlincə M.Pənahov deyib ki, çaşqınlıq yaranmaması üçün seçki dairə və məntəqələrində bildirişlər asılacaq.

Qeyd edək ki, parlament seçkilərində səsvermə günü üçün 5 milyon 344 min 431 bülleten çap olunacaq.

Xatırladaq ki, MSK-nın açıqladığı son məlumatlara görə Azərbaycanda indiyə qədər 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.