Əfqanıstanın keçmiş baş naziri və SSRİ-yə qarşı döyüşən əfqan mücahitlərin lideri Gülbəddin Hikmətyar komaya girib.
Türkiyə mətbuatının yaydığı məlumata görə, hazırda Pakistanda olan “Hizb-i İslami’ təşkilatının lideri ölüm ayağındadır.
Uzun müddətdir Pakistanın Pişəvər şəhərində yaşayan Gülbəddinin vəziyyəti iki gün əvvəl ağırlaşıb. O, Kəraçi şəhərindəki bir xəstəxanaya yerləşdirilib. Hazırda komada olan Hikmətyarın sağalmasına heç bir ümid yoxdur.
Gülbəddin Hikmətyar ötən illərdə İŞİD-i dəstəklədiyini demişdi.