ABŞ Suriya müxalifətini silahlandırmaq qərarı verdi

pentaqonABŞ,  İŞİD-lə mübarizə çərçivəsində Suriyada güvən qazanmış  müəyyən müxalifət liderləri və onların ətrafında olan qüvvələrə silah və avadanlıq dəstəyi verməklə bağlı qərar qəbul edib.

Müdafiə Nazirliyinin sözçüsü Peter Cook, İŞİD-lə  mübarizə çərçivəsində Pentaqonun  ötən il Konqresdən Suriyalı  müxalifləri silahlandırmaq səlahiyyət aldığını xatırladıb:

“Müdafiə naziri Eşton Karter,  Suriya müxalifətini  təchizat və silahla təmin etmək təlimatı verdi. Məqsədimiz,  İŞİD -in nəzarətində olan  sahələri geri qaytarmaqdır. Bu qrupların qət etdiyi məsafəni yaxından izləyəcəyik və İŞİD-ə qarşı döyüşlərdə müxaliflərə havadan da dəstək təmin edəcəyik”,- deyə Pentaqon rəsmisi bildirib.

 

azadliq.info