“Türkiyəni qorumağa hazır və qadirik”

Yens StoltenberqNATO-nun baş katibi Yens Stoltenberq, Türkiyəni qorumağa hazır olduqlarını, lazım olsa bu ölkəyə əsgər də göndərə biləcəklərini açıqlayıb. Stoltenberq NATO müdafiə nazirlərinin Brüsseldə baş tutacaq toplantısından öncə belə bir bəyanatla çıxış edib:

“NATO Türkiyə daxil olmaqla bütün müttəfiqlərini qorumağa hazır və qadirdir”,- deyə baş katib bildirib.
Xatırladaq ki, NATO müdafiə nazirləri Brüsseldə Suriya böhranını müzakirə etmək üçün toplaşıblar.

 

azadliq.info