ABŞ-da kollecdə atışma: 10 ölü

absh-polisOreqon ştatının Rozburq şəhər kollecində atışma zamanı 10 nəfər həlak olub. Yaraqlı şəxsin açdığı atəş nəticəsində 20-dən çox adam xəsarət alıb.

Umpqua ictimai kollecində 3 mindən artıq tələbə təhsil alır.

Polisin bildirdiyinə görə, şübhəli şəxs nəzarət altına alınıb. Hadisə yeri polis tərəfindən mühasirədədir.

Hadisənin motivi bəlli deyil.