Abbas Abbasovun oğlu bəyanat yaydı

aydin-abbasovDaha bir millət vəkili parlament seçkilərində namizədliyini irəli sürməyəcəyini açıqlayıb. Millət vəkili Aydın Abbasov facebook hesabında seçkilərdə iştirak etməyəcəyini elan edib:

“Son zamanlar millət vəkililiyinə namizədliyimlə bağlı çoxsaylı zənglər və mesajlar alıram. Hər kəsə cavab vermək imkanım olmadığından, yazılı şəkildə cavab verib suallara son qoymaq istəyirəm.

10 ildir ki, aktiv siyasətdəyəm, millətimə, dövlətimə xidmət edirəm. Hər zaman da xidmət edəcəyəm. Lakin daha milət vəkili olaraq deyil.

Bildirmək istəyirəm ki, bu dəfə Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməyəcəyəm. Namizədlərin hər birinə uğurlar arzu edirəm!

Seçicilərim və doğma Gəncə şəhərinin sakinləri mənə hər zaman müraciət edə bilərlər. Gəncə bizim üçün doğma və əvəzolunmazdır.