Üzeyir Məmmədli NİDA-dan istefa verdi

uzeyir-memmedliKeçmiş siyasi məhbus Üzeyir Məmmədli NİDA-dan istefa verib. Bu barədə məlumatı facebook-da Üzeyir Məmmədlinin özü yazıb: “Bu gündən etibarən təsisçilərindən biri olduğum Nida Vətəndaş Hərəkatının sıralarını tərk edirəm. Nida ilə çox şeylər yaşamışam. Amma hesab edirəm ki, vaxtında getməyi bacarmaq lazımdır”.

Üzeyir Məmdəli daha sonra qeyd edib ki, istefası ilə bağlı bundan başqa heç bir açıqlama verməyəcək, heç bir sualı cavablandırmayacaq.

Üzeyir Məmmədli 2013-cü ilin martında başqa NİDA-çı gənclərlə birlikdə həbs olunmuşdu. Cinayət Məcəlləsinin 228.3 (mütəşəkkil olaraq qanunsuz odlu silah saxlama, partlayıcı maddə və qurğular əldə etmə) 28.1. (Cinayətə hazırlıq) 220.1 (Kütləvi iğtişaş) maddələri ilə ittiham olunurdu. 2014-cü il dekabrında əfv sərəncamı ilə azadlığa çıxmışdı.