“Vicdanımın səsinə qulaq asaraq bu şouda iştirakdan imtina edirəm”
Milli Azadlıq hərəkatının fəal iştirakçısı olmuş Vaqif Əhməd oğlu Məmdov 77 saylı Astara seçki dairəsindəki namizədliyindən imtina edib. Bununla bağlı Vaqif Məmmədov bəyanat verib və bəyantda deyilir: “Bəri başdan bildirirəm ki, heç bir siyasi partiya və təşkilatın yox, müstəqil olaraq öz namizədliyimi irəli sürdüm. Az bir zaman ərzində 500-dən artıq imza topladım. Bu imzaları mənə verdiyinə görə öz elimə, xüsusilə qonşularıma minnətdarlığımı bildirirəm.
Milli Azadlıq hərəkatında fəal iştirakımı unutmayan xalqımın mənə bir daha inandığının şahidi oldum. Sonradan anladım ki, artıq seçkilərin taleyi həll olunub. Yalançı alternativlər də hazırdır. Bu gün Azərbaycanda azad – demokratik seçkilərin keçirilməsi üçün əvvəlki seçkilərdə olduğu kimi heç bir şərait yoxdur. Xüsusilə “müxalifət” adına iddia edən iqtidaryönlü partiyaların mövcud seçkilərə dəstək verməsi daha acınacaqlıdır. Azərbaycanda yüzlərlə siyasi məhbusun olması, jurnalist Xədicə İsmayılovanın, Leyla Yunus kimi dünya səviyyəli xanım hüquq müdafiəçisinin həbsxanalarda olması mənə bir insan kimi əsas vermir ki, belə saxta seçkilərdə iştirak edim. Vicdanımın səsinə qulaq asaraq bu seçki oyununda iştirak etməkdən imtina edirəm!”
Allah Azərbaycanımızı qorusun!!! Vaqif Əhmədoğlu,
Astara 28.09.2015