Bu gün “Bakı Metropoliteni”nin “N.Nərimanov” stansiyasında intihara cəhd hadisəsi baş verib. Bu barədə salamnews-a hadisə şahidləri məlumat veriblər.
Stansiyada orta yaşlı bir şəxs özünü qatarın altına atmaq istəyib. Qatar stansiyaya yaxınlaşmamışdan əvvəl o, özünü relslərin üzərinə atıb.
Bələdçilərin işarəsindən sonra stansiyaya yaxınlaşan qatar tuneldə dayana bilib. Bununla da faciənin qarşısı alınıb.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
https://www.youtube.com/watch?t=41&v=H1Up-KmXDVc