Türkiyədə gəmi batdı: 17 ölü

qacqin-batdiTürkiyənin Bodrum mahalında gəmi batıb. Türkiyə mətbuatı xəbər verir ki, suriyalı qaçqınların olduğu taxta gəmi Çavuşadası sahillərində batmağa başlayıb.

Yalıkavak Məhəlləsi sahilindən Yunanıstanın Leros adasına getmək istəyən 17 nəfər boğularaq ölüb.

Ölən qaçqınların cənazələri Turgutreis Limanına gətirilib.