18 ildə Rusiyadan 1,3 trilyon kapital oğurlanıb

rusiyaBŞ-ın “Global Financial İntegrty” (GFİ) təşkilatı dünyada qanunsuz yollarla kapital qaçırılan ölkələrin “5” liyini tərtib edib. Reytinq cədvəlinə Rusiya rəhbərlik edir.

“GFİ” 1994-2012-ci illər ərzində Rusiyadan qanunusz olaraq 1,341 trilyon dollar pulun çıxarıldığını hesablayıb. Bu isə hər il orta hesabla 70,5 milyard dollar vəsaitin qaçırıldığı deməkdir.

2010-2012-ci illərdə isə kapital qaçışı 2 dəfə artaraq 140 milyarda çatıb. 2011-ci il bu mənada Rusiya və dünya üçün rekorddur. Həmin il şimal qonşumuzun ərazisindən qanunsuz yollarla 174 milyard dollar (ölkənin ÜDM-sinin 9,9 faizi) çıxarılıb.

Kapitalın 90 faizi alqı-satqı zamanı satılan məhsulun həcminin sənədlərdə göstərildiyindən dəfələrlə çox olması hesabına xarici banklara köçürülüb.

Ora hesabla Rusiyadn çıxarılan “kölgə kapital”ının miqdarı ümumi daxili məhsulun 8 faizini təşkil edir. İlk “5”likdə qərarlaşan Meksika və Fillipində bu nisbət 4,5 faiz, Hindistanda 1,5 faiz və Braziliyada isə ÜDM-un 1,6 faizidir.

Maraqlıdır ki, 19 ildə Rusiyadan 1,341 trilyon çıxarıldığı halda Meksikadan 42 ildə 1,156 trilyon, Hindistandan isə 64 ilə 700 milyard dollar çıxarılıb.

(Modern.az)