Türkiyədə müvəqqəti hökumətin iki naziri istefa verdi

hdp-nazirTürkiyə Xalqların Demokratik Partiyasının (HDP) müvəqqəti hökumətdə (seçki hökuməti) təmsil olunan iki naziri istefa verib.

Partiyanın Mərkəzi Şurasının açıqlamasında HDP-ni seçki hökumətində təmsil edən nazirlər Əli Haydar Konça və Müslim Doğanın tutduqları vəzifədən istefa verdikləri bildirilib.

Bu arada Türkiyə hökumətinin Mətbuat Mərkəzi istefa verən nazirlərlə bağlı yazılı açıqlama yayıb: “Nazirlər Kabinetinin toplantısında Avropa İttifaqı naziri Əli Haydar Konca və inkişaf naziri Müslüm Doğan hökuumət üzvlüyündən istefa vermələrilə bağlı ərizələrini baş nazir Əhməd Davudoğluna təqdim ediblər. Onların istefaları qəbul olunub. Baş nazir Davudoğlu seçki hökumətində təmsil olunduqları üçün onlara təşəkkür edib və bildirib ki, bu onların öz qərarıdır”.

Açıqlamada qeyd olunub ki, uyğun nazirliklərə ən yaxın zamanda yeni şəxslər təyin olunacaq.

Avropa İttifaqı naziri Beril Dedeoğlu, inkişaf naziri is’Cüneyd Düzyol təyin edilib.